Quba-Xaçmaz iqtisadi rayonunda qaz təchizatı yaxşılaşdırılır

Quba-Xaçmaz iqtisadi rayonunda qaz təchizatı yaxşılaşdırılır
# 25 aprel 2013 15:57 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. ARDNŞ-nin «Azəriqaz» İstehsalat Birliyi Quba-Xaçmaz iqtisadi rayonunda qaz təchizatı sisteminin yenidən qurulması və istehlakçıların təbii qazla təminatı məqsədi ilə mühüm layihələr həyata keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin İdman Sağlamlıq Mərkəzinin, Dağlı kəndinin qaz təchizatının yaxşılaşdırılması, eləcə də Amsarqışlaq, Bərqov, Uzunmeşə, Üçgün, Kürkün, Gəray, Alpan, Susay və Susay-Qışlaq kəndlərinin qazlaşdırılması üçün ümumilikdə 45,9 km uzunluğunda qaz kəmərləri çəkilib.

Qusar rayonunun Gədəzeyxur və Əvəcük kəndlərində həyət daxili qaz kəmərlərinin küçəyə çıxarılması işləri davam etdirilir. Cari ildə Şabran rayonunun Zeyvə, Pirəmsən, Gilvar və Çayqaraqaşlı kəndləri qazlaşdırılmış, bu məqsədlə 38,5 km uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib. Xaçmaz rayonunun Ağyazbuduq, Qaraçaycek, Aşağı Zeyd, Şıxlar, Hülövlü, Şıxhaput Maşoba, Çuxuroba, Bostançı, Çiləgər, Çinartala, Hacıisaoba kəndlərinin qazlaşdırılması üçün ümumi uzunluğu 56,4 km olan müxtəlif diametrli qaz kəmərləri çəkilib. Siyəzən rayonunun Gilgilçay və Tuğay kəndlərində daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, ümumilikdə 3,9 km uzunluğunda qaz kəmərləri quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR