Penitensiar Xidmət 6 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş insident haqqında məlumat yayıb - VİDEO

Penitensiar Xidmət 6 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş insident haqqında məlumat yayıb - <span style="color: red;">VİDEO
# 12 noyabr 2014 10:05 (UTC +04:00)

Penitensiar Xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakovun APA-ya verdiyi məlumata görə, noyabrın 8-də Bakı şəhəri Nizami rayonunda yerləşən 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bir qrup məhkum arasında məişət zəminində münaqişə baş verib: “Münaqişənin qarşısı qısa müddət ərzində müəssisə və Penitensiar xidmətin Baş İdarəsinin əməkdaşlarının səyi nəticəsində alınıb.

Daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara bir daha qanunun tələbləri izah olunub. Müəssisənin normal iş ahənginin pozulmasına yönələn hər hansı hərəkətlərin qarşısının qətiyyətlə alınacağı bildirilib. Münaqişə zamanı müəssisədə cəza çəkən məhkumlar və əməkdaşlar arasında xəsarət alan olmayıb.

Hadisə ilə bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Bakı şəhəri Nizami Rayon Prokurorluğuna göndərilib” .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR