Hindistanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

Hindistanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb
# 08 may 2015 19:43 (UTC +04:00)

Bakı-APA. Hindistanda Mig-27 tipli qırıcı təyyarə qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Alipurduara şəhəri yaxınlığında baş verib.

Qəza nəticəsində 2 yerli sakin ölüb. Katapult edən təyyarənin pilotu isə yüngül xəsarətlərlə hospitala yerləşdirilib.

Rəsmi məlumatlara görə, 2011-2014-cü illərdə Hindistan Hərbi-Hava Qüvvələri qəzalar nəticəsində 30 təyyarə və helikopter itirib. Əsas səbəb kimi insan faktoru və uçaqların texniki nasazlığı göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR