Səhiyyə Nazirliyi: Bu il 33 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb

Səhiyyə Nazirliyi: Bu il 33 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb
# 13 aprel 2015 14:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2015-ci ilin ilk 3 ayı ərzində Səhiyyə Nazirliyinə vətəndaşlar tərəfindən daxil olan 439 şikayət Hüquq və daxili nəzarət sektoru tərəfindən araşdırılıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı pozuntu halları aşkarlanaraq 33 nəfər tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb. 1 məlumat üzrə cinayət xarakterli pozuntu faktı aşkarlandığından toplanmış materiallar Baş Prokurorluğa göndərilib.


42 müraciət təkrar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR