Nazir: “Azərbaycanda əlilliyin elektron sistemləşdirilməsi artıq başa çatıb”

Nazir: “Azərbaycanda əlilliyin elektron sistemləşdirilməsi artıq başa çatıb”
# 10 sentyabr 2014 09:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu–APA-Economics. Azərbaycanda əlilliyin elektron sistemləşdirilməsi artıq başa çatıb.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, bu sahəyə nəzarət edən nazir müavinlərinin birinin kabinetində böyük monitor-ekran quraşdırılıb.

“Düşünürəm ki, ilin sonuna qədər kağız daşıyıcılarının istifadəsinə son qoyulacaq”, - deyə nazir bildirib.

S. Müslümov hazırda Azərbaycanın bütün bölgələri üzrə 38 regional Tibbi-Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyini deyib. O bildirib ki, bu komissiyaların üzvlərinə bir neçə dəfə treninqlər keçirilib və işçilərin hər biri elektron imza ilə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR