Azərbaycanla Özbəkistan arasında gömrük sahəsində iki sənəd imzalanıb

Azərbaycanla Özbəkistan arasında gömrük sahəsində iki sənəd imzalanıb
# 14 oktyabr 2014 09:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri Zohid Dusanovla arasında görüş keçirilib.

APA-Economics”in məlumatına görə, görüşü giriş sözü ilə açan A. Əliyev bildirib ki, bu görüş iki ölkənin gömrük münasibətlərini genişləndirəcək və iki ölkə arasında mövcud vəziyyətin daha da yaxşılaşdırılmasına xidmət edəcək. DGK sədri qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsi mövcud potensialı əks etdirmir: “Bu potensialı daha genişləndirmək üçün geniş imkanlar var”.

Gömrük xidməti sahəsinin son illərdə əldə edilən nailiyyətlər barədə geniş məlumat verən A. Əliyev, gömrük-keçid məntəqələrində yaradılan şəraitlə Z. Duasnovu əyani tanış olmağa dəvət edib.

Z. Dusanov Özbəkistanın gömrük sistemi ilə bağlı həmkarına geniş məlumat verib və ölkəsinin gömrük strukturlarında görülən işlərdən danışıb. O, bildirib ki, Özbəkistanda gömrük bəyannamələrinin 98%-i elektron formatda təqdim olunur: “Bütün gömrük məntəqələri avtomartlaşdırılıb. Avtomobil yüklərinin 93%-i dünyanın tanınmış şirkətlərinin avadanlıqlar tərəfindən yoxlanılır”.

Qonaq Azərbaycanla Özbəkistan arasında gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu bildirib: “Azərbaycan Daşkənd kinoloji xidmətinin və gömrük təhsil sahəsində əməkdaşlıqda maraqlıdır. Həmçinin, iki ölkə arasında qaçaqmalçılıq və kontrafakt məhsullarının mübadiləsi, gömrük bəyannamələrinin doldurulması ilə bağlı əməkdaşlıqda maraqlıdır”.

A. Əliyev Azərbaycan Gömrük Akademiyası barədə geniş məlumat verib və qonağı gələn il Bakıda baş tutacaq Gömrük Universitetlərinin konfransında iştirak etməyə dəvət edib.

Sonda Azərbaycanla Özbəkistan arasında iki sənəd imzalanıb. Bunlar “Birinci sənəd Azərbaycan və Özbəkistan dövlət gömrük xidmətləri arasında dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin ilkin məlumat mübadiləsinin təşkili barədə haqqında protokoldur. İkinci sənəd 2015-2016-cı illərlə bağlı hər iki ölkənin gömrük xidmətləri arasında Fəaliyyət Planı ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR