Hesablama Palatası Təhsil Nazirliyinin idarəsinin müəyyən edilməmiş qaydada maliyyələşdirildiyini aşkarlayıb

Hesablama Palatası Təhsil Nazirliyinin idarəsinin müəyyən edilməmiş qaydada maliyyələşdirildiyini aşkarlayıb
# 26 sentyabr 2014 14:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi müəyyən edilməmiş qayda çərçivəsində maliyyələşdirildiyini aşkarlayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında” 19 iyun 2008-ci il 141 nömrəli qərarına əsasən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində dövlət investisiya xərcləri və xarici investisiyalar hesabına nəzərdə tutulmuş vəsaitlər üzrə sifarişçi funksiyasını nazirliyin adıçəkilən idarəsi vasitəsi ilə həyata keçirir.

Palata tərəfindən aparılan nəzarət tədbirləri ilə müəyyən edilib ki, Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı müəssisə olduğu halda, İdarənin bütün xərcləri Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsində nəzərdə tutulmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na ayrılmış vəsait hesabına icra edilib. Bunu nəzərə alaraq, Hesablama Palatası Nazirlər Kabinetinə təklif təqdim edib və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin hüquqi statusuna uyğun maliyyələşmə mexanizminin müəyyən edilməsini məqsədəuyğun hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR