Əfsanəvi boksçu Frank Bruno: “Azərbaycanlı məcburi köçkün və qaçqınlar doğma yurdlarına qayıtmalıdırlar” - FOTO

Əfsanəvi boksçu Frank Bruno: “Azərbaycanlı məcburi köçkün və qaçqınlar doğma yurdlarına qayıtmalıdırlar” - <span style="color: red;">FOTO
# 16 iyul 2014 11:53 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, xeyriyyə matçında Azərbaycanın idman şərəfini qoruyan “Qəbələ” İdman Klubunun boksçuları ev sahibi “Repton” klubuna qarşı mübarizə aparıblar.

Yoldaşlıq görüşünü keçirməkdə məqsəd “Mo Farah” fonduna 10 min funt məbləğində vəsait toplanması ilə yanaşı, “Many Happy Returns” MHR kampaniyasının www.manyhappyreturnsidp.com dəstəklənməsi üçün təbliğat aparmaq olub. Bu kampaniyanın məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları olan 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün acınacaqlı həyatı haqqında həqiqətləri çatdırmaqdır.

Frank Bruno bildirİB Kİ, MHR kampaniyasını qəlbiNə yaxın hiss edir: “Azərbaycanlı məcburi köçkün və qaçqınlar öz doğma yurdlarına qayıtmalıdırlar”.

MHR kampanİyasının başlığı “Many Happy Returns” ingilissayağı təbrik mesajının əsasında seçilib ki, bu eyni zamanda öz yurd yuvalarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır. İnternet səhifəsində məşhur alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş, Azərbaycanın 76 rayonunda yerləşən qaçqın düşərgələrindən sadəcə 3-də yaşayan məcburi köçkünlərin fotoları yerləşdirilib.

MHR internet səhifəsi həm də öz istifadəçilərinə “Dünya Qaçqınlar Günü”nün əvəz edilib “Dünya Qaçqın və Məcburi köçkünlər günü” kimi qeyd edilməsi təklifini dəstəkləmək imkanı verir.

Qeyd edək ki, Frank Bruno 45 dəfə peşəkar arenaya çıxıb, onun 40-da qalib gəlib. Bu qarşılaşmaların 38-də rəqibini nokauta salıb və 3 dəfə Las Veqasda Mayk Taysonla döyüşüb. Bruno karyerası boyunca təhlükəli zərbələri, çevikliyi və idmana centlmencə yanaşması ilə məşhurlaşıb.

Təqaüdə çıxdıqdan bəri Frank Bruno bir çox xeyriyyə tədbirlərində fəal iştirak edib, o cümlədən 3 marafonu başa vurub və “Şanon Bredşou” Xeyriyyə Fondunun hamisi kimi fəaliyyət göstərib. O, həm də ruhi xəstəliklər və bunun nəticəsində yaranan fəsadları azaltmaqla bağlı maarifləndirmə işlərinin aparılması üçün çox iş görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR