Vurğun Əyyub: “Divanın qərarı Müsavat rəhbərliyinin Səxavət Əlisoydan qisas almaq cəhdidir”

Vurğun Əyyub: “Divanın qərarı Müsavat rəhbərliyinin Səxavət Əlisoydan qisas almaq cəhdidir”
# 17 noyabr 2014 14:34 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub başqanlığa sabiq namizəd Səxavət Əlisoyun partiya sıralarından xaric edilməsinə münasibət bildirərkən deyib.



V.Əyyub Müsavat Divanının S.Əlisoyun partiya sıralarından xaric edilməsi ilə bağlı qərarını qisasa cəhd kimi qiymətləndirib: “Müsavat Divanının qərarı partiya rəhbərliyinin Səxavət Əlisoydan qisas almaq cəhdidir. Çünki Səxavət Əlisoy indi partiyaya rəhbərlik edənlərin legitimliyini qəbul etmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR