Liberiya parlamenti Ebola virusu ilə əlaqədar ölkə prezidentinə xüsusi səlahiyyət verməkdən imtina edib

Liberiya parlamenti Ebola virusu ilə əlaqədar ölkə prezidentinə xüsusi səlahiyyət verməkdən imtina edib
# 10 oktyabr 2014 21:44 (UTC +04:00)

Bakı – APA. Liberiya parlamenti Ebola virusu ilə əlaqədar ölkə prezidentinə xüsusi səlahiyyət verməyib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, prezident Ellen Conson Serlifə ölkə daxilində vətəndaşların hərəkət etməsi və Ebola ilə mübarizə məqsədilə onların mülkiyyətini müsadirə etmə səlahiyyəti vermək təklif olunub.

Qərarın əleyhinə səs verənlər bəyan ediblər ki, dövlət başçısına mütləq hakimiyyət verməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR