Bank Of Baku

Paytaxtın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq

Paytaxtın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq
# 21 oktyabr 2026 07:26 (UTC +04:00)

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 21-də Yasamal, Nizami və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində təmir işləri aparılacaq.

“APA-Economics” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Yasamalda Transformator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Xaqan Dadaşov, Xıdır Mustafayev, Mirəli Seyidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nizami rayonunda rele-mühafizə və avtomatikanın yoxlanılması məqsədilə Bəhruz Nuriyev küçəsi, Babək və Qara Qarayev prospektlərinin bəzi ərazilərində saat 09:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Binəqədidə TM-də yerinə yetiriləcək təmir-təftiş işləri zamanı 9-cu mikrorayonda yerləşən Mir Cəlal küçəsinin bir sıra yerlərində 09:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.

Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR