Əqli və fiziki məhdudiyyət olan 41 uşağa şəxsiyyət vəsiqəsi verilib

Əqli və fiziki məhdudiyyət olan 41 uşağa şəxsiyyət vəsiqəsi verilib
# 17 sentyabr 2015 13:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Sumqayıt “ASAN xidmət” mərkəzi və ASAN Könüllülərinin birgə təşəbbüsü ilə "Könüllülər Yurdu Azərbaycan"layihəsi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən əqli və fiziki məhdudiyyətli uşaqlar üçün 2 saylı Dövlət Sosial Xidmət müəssisəsində xeyriyyə tədbiri təşkil edilib. “ASAN xidmət”dən APA-ya verilən məlumata görə, “ASAN xidmət” mərkəzi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 41 nəfər uşağa şəxsiyyət vəsiqəsi təqdim edilib.

Gənclər valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqlarla birgə vaxt keçirib, onlara müxtəlif hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri yarandığı ilk gündən sosial məsuliyyət yönümlü aksiyalar keçirir və bu istiqamətdə fəaliyyətini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR