Bank Of Baku

DİN: Ağsuda azyaşlının anasını öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb

DİN: Ağsuda azyaşlının anasını öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb
# 29 may 2018 09:49 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Ağsuda azyaşlının anasını öldürməsi faktı ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 28-də Ağsu rayonunun Bico kəndində yaşayan Bəyalı İmamalıyevin evində azyaşlı oğlu Murad tüfənglə oynayarkən açılmış atəşdən anası Samirə boyun nahiyəsindən xəsarət alıb və hadisə yerində ölüb.

 

Ağsu RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən B.İmamalıyevə məxsus müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi, 4 ədəd patron və 1 giliz aşkar edilərək götürülüb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.  
 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR