“Expressbank” bank kartlarını pulsuz təklif edir

“Expressbank” bank kartlarını pulsuz təklif edir
# 29 sentyabr 2014 08:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Expressbank” bank kartları üzrə şərtləri sadələşdirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, indi bank kartları müştərilərə ödənişsiz əsasda təklif edilir.

Belə ki, hesaba minimum 400 manat ilkin mədaxil etməklə “Visa Gold”/“MasterCard Gold” kartlarını əldə edə bilərlər.

“Visa Platinum”/“MasterCard Platinum” üçün isə 800 manat ilkin mədaxil edərək filiallarda və ya www.expressbank.az saytından onlayn sifariş etmək mümkündür. Hər 2 prenium kart üçün SMS məlumatlandırma xidməti pusuz təqdim edilir. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən istifadə edə bilər.

Bundan başqa, müştərilər “Visa Electron”/“Maestro” kartlarını 6 manat, “Visa Classic”/“MasterCard Standard” kartlarını isə 8 manata əldə edə bilərlər. Kartlar 1 il müddətinə verilir, SMS məlumatlandırma xidməti 6 manatdır.

“Expressbank” geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği “Expressbank” bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

“Expressbank” həmçinin internet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşınısı almaq məqsədilə bank kartı istifadəçilərinə 3D Secure xidmətini təqdim edir. Bu xidmət həm “Visa”, həm də “MasterCard” kartlarına şamil olunur.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və ExpressPay ödəniş terminalı vardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR