Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 262,4 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 8 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın həcmi metallurgiya sənayesində 9,2% azalıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə 12,5% artıb.
Belə ki, bu müddət ərzində 827,0 ton çuqun tökmə məhsulları istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətdə 40,4% azdır. Bu ilin 8 ayı ərzində ölkədə polad boruların istehsalı 56% azalaraq 21,6 min ton olub.
Əvəzində bu müddət ərzində polad tökmə məhsulların istehsalı 28% artıb və 207,4 min ton təşkil edib. Həmçinin ölkədə alüminium çubuqlar, millər və profillərin istehsalı da 13,2% artaraq 235,4 ton olub.