Türkiyə müvəqqəti hökumətinin heyəti bəlli olub

Türkiyə müvəqqəti hökumətinin heyəti bəlli olub
# 28 avqust 2015 20:39 (UTC +04:00)

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir Ə. Davudoğlu Çankaya köşkündə müvəqqəti hökumətdə təmsil olunanların adlarını açıqlayıb.

Müvəqqəti hökumətdə baş nazirin müavinləri vəzifəsini Numan Kurtulmuş, Yalçın Akdoğan, Cevdet Yılmaz ve Tuğrul Türkeş icra edəcəklər.

Xarici işlər naziri vəzifəsini Feridun Sinirlioğlu, daxili işlər naziri Selami Altınok, müdafiə naziri Vecdi Gönül, energetika və təbii sərvətlər naziri Ali Rıza Alaboyun, iqtisadiyyat naziri Nihat Zeybekçi tutacaq.

Müvəqqəti hökumətə 11 nəfər Ədalət və İnkişaf partiyası, 2 nəfər Xalqların Demokratik Partiyası və 1 nəfər Milliyyətçi Hərəkat partiyasının nümayəndəsi təmsil olunub. Digər postları bitərəf deputatlar tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR