Rövşən Dəmirli: “MNTK Müsavat rəhbərliyinin sifarişini yerinə yetirən insanlardan formalaşıb”

Rövşən Dəmirli: “MNTK Müsavat rəhbərliyinin sifarişini yerinə yetirən insanlardan formalaşıb”
# 10 aprel 2015 16:35 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) qərarına münasibət bildirərkən deyib.

Xatırladaq ki, bu gün MNTK şikayətə əsasən, Suraxanı rayon təşkilatının martın 27-də keçirilən Şura iclasının qərarlarını ləğv edib. Ləğv edilən Şura iclasının qərarına əsasən, 30 saylı seçki dairəsindən Vurğun Əyyubun, 31 saylı dairədən Fəxrəddin Əhmədin, 32 saylı dairədən isə Xatirə Allahverdiyevanın namizədliyi irəli sürülüb.

R. Dəmirli isə bununla razılaşmayıb: “Mən Şamaxıda olduğum üçün MNTK-nın iclasına gələ bilmədim. Hamımız bilirik ki, MNTK Müsavat rəhbərliyinin sifarişini yerinə yetirən insanlardan formalaşıb və həmin insanlar istədiyi qərarları verə bilirlər. Əgər onlar 3 nəfərin guya orda iştirak etmədiyini insan hüquqlarını pozulduğu kimi qəbul edirlərsə, onda digər 12 nəfərin haqqını tapdalayırlar. 12 nəfər yekdilliklə deputatlığa namizədlər irəli sürür və bu qərar 3 nəfər Şura üzvünün şikayəti ilə ləğv olunursa, bu artıq sözün bitdiyi yerdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR