Lənkərançay üzərindəki körpünün tikintisi başa çatmaq üzrədir

Lənkərançay üzərindəki körpünün tikintisi başa çatmaq üzrədir
# 04 sentyabr 2014 09:14 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yeni layihəsi çərçivəsində Lənkərançay üzərindəki körpünün tikintisi başa çatmaq üzrədir.


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, körpü başlanğıcını Masall-Astara avtomobil yolunun 31+775-ci km-dən götürməklə, 31+972-ci km-də başa çatır.

Uzunluğu 205,5 m, eni 28,5 m olan körpü 6 aşırımdan ibarətdir.

Tikinti işləri zamanı əvvəlcədən gərginləşdirilmiş tirlərdən istifadə olunub. Layihə çərçivəsində suötürücü borular, uzunluğu 800 m olan yanaşma yolları ilə yanaşı, alt hissədə müxtəlif kəndləri birləşdirmək məqsədilə yerli yollar da inşa olunub.


Dörd hərəkət zolağı üçün nəzərdə tutulan körpüdə son tamamlanma işləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR