Müsavat Partiyasının üzvü: “Divan üzvü Nemət Kərimli qadınları zaldan çıxararaq məni təhqir etdi”

Müsavat Partiyasının üzvü: “Divan üzvü Nemət Kərimli qadınları zaldan çıxararaq məni təhqir etdi”
# 20 noyabr 2014 09:48 (UTC +04:00)

APA-nın məlumatına görə, partiyanın Divan üzvü, təşkilatın sabiq sədri, vəkil Nemət Kərimli ilə Şura üzvü Arif Əzizzadə arasında söyüş-təhqirlərlə müşayiət olunan mübahisə baş verib.

N. Kərimli APA-nın sualına cavabında bunun partiyadaxili məsələ olduğunu əsas gətirərək, danışmaq istəməyib.

A. Əzizadə isə APA-ya açıqlamasında deyib ki, iclasda N. Kərimli onu sabotaj yaratmaqda suçlayaraq təhqir edib. O, N. Kərimlinin təhqirləri ilə əlaqədar artıq Mərkəzi Nəzarət-Təftiş Komissiyasına şikayət etdiyini söyləyib: “İclasın sədri qalıb kənarda, iclasın gündəliyini qeyri-qanuni olaraq Nemət Kərimli müəyyənləşdirirdi. Mən iradımı bildirdim ki, Divan üzvü iclasa müdaxilə edə bilməz, çünki Şuranın üzvü deyil. Onun iclasa müdaxiləsinə etirazımı bildirdim. Nemət Kərimli isə məni sabotaj yaratmaqda ittiham etdi. Mən bunun səbəbini soruşduqda yerli-yersiz danışmağa başladı, qadınları iclas zalından çıxararaq, məni təhqir etdi. Hiss olunurdu ki, o, sərxoş idi”.

N. Kərimli də öz növbəsində A. Əzizzadə ilə bağlı MNTK-ya şikayət edəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR