Azərbaycan hərbçiləri Pakistanda keçiriləcək hərbi sərgidə iştirak edəcəklər

Azərbaycan hərbçiləri Pakistanda keçiriləcək hərbi sərgidə iştirak edəcəklər
# 21 noyabr 2014 09:39 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Dekabrın 1-dən 4-dək Pakistanın Kəraçi şəhərində İDEAS-2014 beynəlxalq müdafiə sərgisi və seminarı keçiriləcək.

APA-nın sərginin Təşkilat Komitəsinə istinadən verdiyi məlumata görə, sərgidə Pakistan və digər ölkələrin şirkətləri məhsul və xidmətlərini təqdim edəcəklər.

Bu il İDEAS sərgisində Çin və Türkiyə şirkətlərinin çoxluq təşkil edəcəyi gözlənilir.

Sərgiyə ziyarətçi qismində Azərbaycan nümayəndə heyəti də qatılacaq. Sərgidə Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Şahin Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR