Qaxda icra hakimiyyətinin avtomobili körpüdən aşıb, ölənlər və yaralananlar var - FOTO - VİDEO

Qaxda icra hakimiyyətinin avtomobili körpüdən aşıb, ölənlər və yaralananlar var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 06 may 2015 15:15 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunda qeydə alınıb.

Qax rayon sakini, 1963-cü il təvəllüdlü Azər İsgəndər oğlu Qazaxovun idarə etdiyi, Qax rayon İcra Hakimiyyətinə məxsus “QAZ-3110” markalı, 34 AA 054 dövlət nömrə nişanlı avtomobil Kürmük çayı üzərindəki körpüdən aşıb.

Nəticədə avtomobildə olan sərnişin Şahid Əhmədov hadisə yerində, digər sərnişin Vüqar Paşayev isə xəstəxanaya aparılarkən yolda ölüb. Avtomobilin sürücüsü və digər sərnişinlər – Asif Məmmədzadə və Firudin Yusifzadə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, hadisə zamanı ölən Ş. Əhmədov Qax Rayon İcra Hakimiyyətinin əməkdaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR