Dövlət Gömrük Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək
# 19 sentyabr 2014 12:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şamaxıda vətəndaşları qəbul edəcək.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Aydın Əliyev sentyabrın 26-da saat 11:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küçəsi 27A) bu bölgədən olan vətəndaşlarla görüşəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Şamaxı, Qobustan, Ağsu rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR