Xaçmaz rayon sakini bədbəxt hadisə nəticəsində ölüb

Xaçmaz rayon sakini bədbəxt hadisə nəticəsində ölüb
# 27 avqust 2014 08:04 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Çığatay kənd sakini 1964-cü il təvəllüdlü Aslanov Vahab Oruc oğlu elektrik dirəyindən yıxılıb. Ağır kəllə beyin travması alan V.Aslanov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR