ABŞ Məxfi xidmətinə qadın başçılıq edəcək

ABŞ Məxfi xidmətinə qadın başçılıq edəcək
# 26 mart 2013 23:51 (UTC +04:00)

Bakı-APA. ABŞ ali rəhbərliyinin mühafizəsinə cavabdeh olan Məxfi xidmətin rəhbəri ilk dəfə olaraq qadın təyin olunub. APA-nın məlumatına görə, Barak Obama bu vəzifəyə Culiya Pirsonu təyin edib. Pirson son dövrlərdə Məxfi xidmətin aparatına rəhbərlik edirdi.

Ötən ay Məxfi xidmətin rəhbəri Mark Sallivan istefa verdiyini bildirmişdi.

Bu təyinatı Senatın təsdiq etməsi vacib deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR