Elmar Məmmədyarov Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşüb

Elmar Məmmədyarov Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşüb
# 30 sentyabr 2015 15:59 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Avropa Parlamenti tərəfindən Azərbaycan haqqında qəbul edilmiş əsassız və cəfəng qətnamə vasitəsilə bəzi dairələrin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə zərbə vurmaq məqsədi güddüklərini diqqətə çatdırıb. O, qətnamənin və qərəzli münasibətin qəbuledilməz olduğunu vurğulayıb.

Y. Han Avropa İttifaqının Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu və hətta bir sıra sahələrdə əməkdaşlığı genişləndirmək arzusunda olduğunu bildirib. O, qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi məqsədilə yaxın zamanlarda təmaslara başlanacağına ümidvar olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR