Quba rayonunda yağan intensiv yağışlar nəticəsində sel Aydınkənd kəndinin infrastrukturuna, eləcə də yaşayış evlərinə və yardımçı tikililərə ziyan vurub.
APA-nın şimal bürosunun məlumatına görə, sel kəndi rayon mərkəzi ilə birləşdirən avtomobil yolunu yararsız hala salıb, nəqliyyat əlaqəsi kəsilib.
Kənd icra nümayəndəsi Səbuhi Cəfərov APA-ya bildirib ki, sözügedən yolda yaranan problemin aradan qaldırılması üçün texnika ayrılıb. Selin yaratdığı fəsadların aradan qaldırılması və yolun açılması istiqamətində tədbirlər görülür.