Dünya Bankı indiyədək Azərbaycana 51 layihə çərçivəsində 3,6 mlrd. dollar kredit ayırıb

Dünya Bankı indiyədək Azərbaycana 51 layihə çərçivəsində 3,6 mlrd. dollar kredit ayırıb
# 02 iyul 2015 15:18 (UTC +04:00)

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

Ş. Mustafayev beynəlxalq maliyyə institutları ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib, layihələrin icrasında qabaqcıl beynəlxalq təcrübənin, texnologiya və yeniliklərin tətbiq olunduğunu vurğulayıb. Dünya Bankı ilə əməkdaşlığın çoxşaxəli olduğunu qeyd edən Ş. Mustafayev hazırda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.

O bildirib ki, indiyədək DB tərəfindən Azərbaycana 51 layihə çərçivəsində 3,6 mlrd. dollar kredit ayrılıb. Artıq 35 layihə başa çatıb, 16 layihənin icrası isə davam edir. Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi Bakı şəhərində tullantıların idarə edilməsi baxımdan əhəmiyyətlidir.

Ekoloji layihələrin davamı olaraq, Bakı şəhərində göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, o cümlədən Böyükşor gölünün təmizlənməsi sahəsində görülən işlər, eləcə də Balaxanı, Sumqayıt, Mingəçevir sənaye parkları, Neftçalada sənaye məhəlləsi, sənaye parklarında və məhəllələrində tətbiq olunan güzəştlər barədə məlumat verən Ş. Mustafayev bu sahədə Dünya Bankı ilə mümkün əməkdaşlıq barədə fikirlərini bildirib.

Ş. Mustafayev DB ilə əməkdaşlığın inkişafında H. Keralinin səmərəli fəaliyyətini qeyd edib, göstərdiyi səylərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, H. Keralinin Cənubi Qafqaz ölkələri üzrə regional direktor işlədiyi 3 il ərzində Dünya Bankı ilə əlaqələr daha da genişlənib, 600 mln. dollar həcmində 6 layihə maliyyələşdirilib.

H. Kerali uğurlu əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Azərbaycanda DB ilə əlaqələrə böyük önəm verildiyini vurğulayan H. Kerali bu nüfuzlu maliyyə institutunun ölkəmizdə həyata keçirilən layihələrə bundan sonra da maliyyə və texniki dəstək göstərəcəyinə əminliyini bildirib.

Görüşdə həmçinin, növbəti 5 il ərzində əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, sənaye parklarında məsləhət xidmətlərinin göstərilməsi, turizmin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR