Azərbaycanlı Qırğızstan Xalqı Assambleyasının sədrinin müavini seçilib

Azərbaycanlı Qırğızstan Xalqı Assambleyasının sədrinin müavini seçilib
# 10 avqust 2016 20:35 (UTC +04:00)

Bakı-APA. Bişkekdə Qırğızstan Xalqı Assambleyasının Şurasının iclası keçirilib.

Azərbaycanın Qırğızstandakı səfirliyindən APA-ya verilən məlumata görə, 1994-cü ilin yanvar ayının 21-də yaranan Assambleya bu gün Qırğız Respublikasında ən böyük nüfuza sahib olan təşkilatlardan biridir və ölkənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayır.

Şuraya üzv olan Qırğız Respublikasının Prezident Aparatının, Hökumətinin nümayəndələrinin, ictimai xadimlərin iştirakı ilə keçən iclasda üzvlərdən 6 nəfərinin Qırğızstan Xalqı Assambleyasının sədrinin müavini seçilməsi ilə bağlı səsvermə keçirilib.

Səsvermənin nəticələrinə əsasən sədrin 6 müavinindən biri də Qırğızstan Xalqı Assambleyasına daxil olan yeganə Azərbaycanlı legitim diaspor təşkilatı “Azəri” İctimai Birliyinin sədri, Qırğız Respublikasının əməkdar hüquqşünası Əliyev Əzizağa Ağababa oğlu seçilib.

Həmçinin, Əzizağa Əliyev bu ilin iyun ayının 3-4- də Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edib və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilib.

Qeyd olunmalıdır ki, Qırğız Respublikası çoxmillətli dövlət olduğu üçün Qırğızstan Xalqı Assambleyasına 80-dən çox xalqların nümayəndələri, 28 ictimai birlik daxildir və buda 6 milyonluq Qırğızstan əhalisinin 27,4% deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR