ABŞ-da polis əməkdaşı lal-kar sürücünü öldürüb

ABŞ-da polis əməkdaşı lal-kar sürücünü öldürüb
# 23 avqust 2016 00:43 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Şimali Karolina ştatında polis əməkdaşı lal-kar sürücünü öldürüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yol patrulu “Volvo” markalı avtomobili sürət rejimini pozduğuna görə saxlamaq istəyib.

Sükan arxasında olan sürücü, 29 yaşlı Deniyel Harris lal-kar olduğuna görə polis sirenasını eşitməyib və yoluna davam edib. Polisin sürücünü təqib etməsi avtomobillərin toqquşması ilə nəticələnib. Bundan sonra polis əməkdaşı avtomobildən düşən və işarələrlə danışmağa cəhd edən D.Harrisə atəş açıb.

NY Daily News qəzetinin yazdığına görə, 2016-cı ildə ABŞ-da polis əməkdaşları 752 nəfəri öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR