Qəzza zolağı intensiv artilleriya və hava zərbələrinə məruz qalıb, ölənlər var - VİDEO

Qəzza zolağı intensiv artilleriya və hava zərbələrinə məruz qalıb, ölənlər var - <span style="color: red;">VİDEO
# 18 iyul 2014 04:29 (UTC +04:00)

APA TV-nin məlumatına görə, qoşunların yeridilməsindən öncə Qəzza zolağı intensiv artilleriya və hava zərbələrinə məruz qalıb.

Hücum əmrini İsrailin baş naziri Binyamin Netanyahu verib. Netanyahunun kabinetinin bəyanatında deyilir ki, əməliyyatın məqsədi fələstinli döyüşçülər tərəfindən qazılmış tunellərin məhv edilməsidir.

İsrail ordusuna məxsus çoxlu sayda tank və zirehli texnika Qəzzanın cənubundakı Rəfah və Xan Yunis şəhərlərindən Fələstinə girib. Daha sonra Qəzza və Rəfah şəhərləri bombardman edilib. Təcili yardım briqadaları və ambulanslar bombardman edilən bölgəyə yaxınlaşa bilməyiblər.

İsrail ordusunun Qəzza zolağını atəşə tutması nəticəsində 5 nəfərin öldüyü bildirilir. Onlar arasında 5 aylıq uşaq da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR