Azərbaycanda problemli kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 6,4%-dək artıb

Azərbaycanda problemli kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 6,4%-dək artıb
# 07 sentyabr 2015 10:29 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşlarının həcmi 2015-ci il avqustun 1-ə 20 187,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 153,5 mln. manat və ya 18,51% çoxdur.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin avqustun 1-ə 1 mlrd. 294,8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 394,7 mln. manat və ya 43,85% çoxdur.

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 6,4% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR