Əhməd Davudoğlu: "Krım tatar türklərinin vətənidir" - VİDEO

Əhməd Davudoğlu: "Krım tatar türklərinin vətənidir" - <span style="color: red;">VİDEO
# 08 iyul 2014 20:29 (UTC +04:00)

Krım Milli Məclisinin sədri Rifat Çubarovun Krıma buraxılmamasına münasibət bildirən Davudoğlu deyib ki, Türkiyə Ukraynada baş verənlərlə bağlı prinsipial mövqe nümayiş etdirib. Nazirin sözlərinə görə, Ankara bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib, digər tərəfdən, rus, tatar və ukraynalıların Krımda sülh içərisində yaşaya bilməsinə çalışıb. Əhməd Davudoğlu onu da deyib ki, tatarlar ilk gündən Krımda sülhün yaranmasına yardım ediblər: "Krımda belə böyük xaosun içərisində hələ etnik sülh mühafizə olunursa, buna Krım türklərinin pozitiv addımlarının təsiri çox böyükdür".

Əhməd Davudoğlu ümid etdiyini bildirib ki, tezliklə Ukraynadakı böhran həll olunacaq və Krım sülh yarımadasına çevriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR