Paşha Bank
Bank Of Baku

Səbail İcra Hakimiyyətinin başçısı rayonun ağsaqqalları və ziyalıları ilə görüş keçirib - FOTO

Səbail İcra Hakimiyyətinin başçısı rayonun ağsaqqalları və ziyalıları ilə görüş keçirib - FOTO
# 02 noyabr 2026 18:37 (UTC +04:00)

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizin ictimai-siyasi həyatında, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında mühüm rol oynayan rayon ağsaqqalları ilə görüş keçirib.

APA-nın xəbərinə görə, tədbirdə RİH başçısının müavini Eldar Ağayev, RİHBA-nın məsul əməkdaşları, bələdiyyə sədrləri, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı və rayonun tanınmış ziyalıları iştirak ediblər.

İlk öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Badamdar qəsəbəsi Heydər Əliyev parkında yerləşən büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib, daha sonra şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidəsi” ziyarət olunub.

Tədbir Ümummili Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov milli mənəviyyatımızda ağsaqqal sözünün ali çəkisini xatırladaraq, yaşlı nəslə dövlət səviyyəsində göstərilən sistemli qayğının əsas təməllərindən danışıb. Bildirilib ki, bu humanist ənənənin əsasını Ulu öndər Heydər Əliyev qoyub. Ümummilli lider ziyalıların zəngin həyat təcrübəsinə hər zaman yüksək ehtiramla yanaşmış və onlardan dövlət quruculuğunda mühüm mənəvi dayaq kimi istifadə edib. Bu strateji xəttin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Ölkə rəhbərinin qətiyyəti sayəsində qazanılan tarixi qələbələr və yeniləşən respublika fonunda ağsaqqalların rolu daha da artıb. Xüsusilə Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında el ağsaqqallarının nəsihətləri əvəzsizdir.

Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının nümayəndələri və ziyalılar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Natiqlər müasir müstəqil Azərbaycanın inkişafı naminə bundan sonra da gənc nəslin dövlətçilik ideallarına sadiqlik ruhunda yetişdirilməsi üçün öz bilik və təcrübələrini əsirgəməyəcəklərini vurğulayıblar.

Sonda rayonun sosial-iqtisadi inkişafı, gənclərlə aparılan maarifləndirmə işləri və ağsaqqalların irəli sürdüyü təkliflər ətrafında geniş fikir mübadiləsi aparılmış, qarşıda duran vəzifələr müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR