Bank Of Baku

Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilib

Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilib
# 27 noyabr 2026 14:27 (UTC +04:00)

Naxçıvan şəhərində növbəti dəfə Gələcəyin Peşələri Sammiti keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, tədbir Naxçıvanda insan kapitalının inkişafı, gələcəyin peşələri ilə bağlı məsələləri dövlət, özəl, təhsil və beynəlxalq tərəfdaşlarla birgə müzakirə etmək məqsədi daşıyıb.

Nazir Anar Əliyev peşə hazırlığı sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, gənclərin peşə və ixtisas seçiminə, gələcəyin əmək bazarına hazırlıqlı olmalarına dəstək istiqamətində aparılan işləri diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov muxtar respublikanın strateji inkişaf istiqamətləri barədə məlumat verib, bu istiqamətlərdə ixtisaslı kadrların yetişdirilməsinin önəmini qeyd edib.

Tədbir çərçivəsində “İmkanları dəyərə çevirək” adlı panel müzakirəsi və “Gələcəyi birlikdə qururuq” adlı vörkşop təşkil olunub, “Birlikdən formalaşan gələcək” və “İnsan kapitalı: gələcəyin ən böyük sərmayəsi” mövzularında məruzələr təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR