Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - FOTOSESSİYA - VİDEO

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 08 iyul 2015 00:46 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Gecə saatlarında Bakının Xətai rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Köhnə Günəşli qəsəbəsində, İnqilab İsmayılov 46 ünvanında qeydə alınıb. Həmin küçə ilə yüksək sürətlə hərəkətdə olan “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü idarəetməni itirib və “Hyundai” markalı minik maşını ilə toqquşub. Daha sonra "Toyota" yoldan çıxaraq ağaclara çırpılıb.

Qəza zamanı ağacların arası ilə piyada gedən adı məlum olmayan şəxs və "Hyundai"nin sürücüsü, 34 yaşlı Elşən Rasim oğlu Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə gələn Xətai Rayon Polis İdarəsinin əməkdaşları müvafiq ekspertiza təyin ediblər. Şahidlərin sözlərinə görə, "Toyota"nı idarə edən gənc və sərnişinləri qəzadan sonra hadisə yerindən uzaqlaşıblar. Yararsız hala düşən avtomobillər isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Hadisənin dəqiq səbəbi avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR