Asiya İnkişaf Bankı özəl sektorla əməkdaşlığı genişləndirəcək - FOTO

Asiya İnkişaf Bankı özəl sektorla əməkdaşlığı genişləndirəcək - <span style="color: red;">FOTO
# 22 dekabr 2014 12:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Asiya İnkişaf Bankı (AİB) özəl sektorla əməkdaşlığı genişləndirəcək.


APA-Economics”in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono məlumat verib.

O. Noroyono əlavə edib ki, məqsəd özəl sektorun inkişafına nail olmaqdır.

Onun sözlərinə görə, AİB sistematik şəkildə özəl sektora yardımları genişləndirəcək. Belə ki, 2020-ci ilə qədər bank özəl sektorla bağlı əməliyyatları 50% artıracaq. Bundan başqa, bankın adi kapital resursları əməliyyatlarındakı özəl sektorun payı da 25%-ə qədər artırılacaq.

Bu arada AİB Asiyanın inkişafına nəzər bülleteni üzərində işləyir. Bankın Azərbaycandakı daimi nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev deyib ki, fevral ayının ortalarına qədər iqtisadi araşdırmalar yekunlaşacaq və sənəd apreldə dərc olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR