Biləsuvarda ata qızının başını kəsərək qətlə yetirib - VİDEO

Biləsuvarda ata qızının başını kəsərək qətlə yetirib - <span style="color: red;">VİDEO
# 11 oktyabr 2014 11:34 (UTC +04:00)

Biləsuvar Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Zəhmətabad kəndində qeydə alınıb.

Kənd sakini, 1951-ci il təvəllüdlü Tofəddin Mirzəmməd oğlu Hacıyev 1986-cı il təvəllüdlü qızı Aidə Hacıyevanın başını bıçaqla kəsərək qətlə yetirib.

Hadisəni törədən T. Hacıyev könüllü olaraq polisə təslim olub.

Polis hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk xəbəri “Qafqazinfo” saytı yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR