Sumqayıt sakini olan qadın intihar məqsədilə özünü dənizə atıb

Sumqayıt sakini olan qadın intihar məqsədilə özünü dənizə atıb
# 19 sentyabr 2014 10:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Sumqayıtda intihara cəhd olub.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən baş verib.

Sumqayıt şəhər sakini Nazilə Quliyeva intihar məqsədi ilə özünü dənizə atıb. O, vətəndaşlar tərəfindən xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR