Həbsdəki keçmiş “NİDA”çı Mədət Quliyevə müraciət edib - FOTO

Həbsdəki keçmiş  “NİDA”çı Mədət Quliyevə müraciət edib - <span style="color: red;">FOTO
# 16 oktyabr 2014 11:48 (UTC +04:00)

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, B.Quliyev müraciətində Heydər Əliyevin məzarını ziyarət etmək üçün ona şərait yaradılmasını xahiş edib:

“Mən Quliyev Bəxtiyar Səməndər oğlu, keçmiş “Nida”çı 2013-cü ilin mart ayının 7-də Cinayət Məcəlləsinin 234.1, 228.3, 220.1 maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişəm. Hal-hazırda Apellyasiya Məhkəməsində işimə baxılır. Mən əvvəl yazdığım müraciətimdə Azərbaycan Respublikasının Prezidentinə bildirmişəm ki, törətdiyim cinayət əməlinə görə peşman olmuşam. Habelə istədim ki, mən Azərbaycan Respublikasının gənc vətəndaşı olaraq, gələcək quruculuqda əlimdən gələni edim.

Prezidentimiz gənclərlə görüşlərdə demişdir ki, siz gənclər Azərbaycanın gələcəyisiniz. Mən də bu gənclərin sırasında olmaq istəyirəm. Bu gün mənə şərait və şans verilsə, mən ömrümün axırına kimi vətənimə və xalqıma xidmət etməyə hazıram.

Təcridxanada mən dərk etdim ki, vətənimizdə gedən quruculuq işlərinin memarı Ulu Öndər Heydər Əliyev olmuşdur. Vətənpərvər bir gənc kimi Ulu Öndərin məzarını ziyarət etməyi özümə mənəvi borc bilirəm. Xahiş edirəm Ulu Öndərin məzarını ziyarət etmək üçün mənə müvafiq şərait yaradılmasında köməklik göstərəsiniz” .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR