Əli Həsənov: “Partiya sədrləri bir qrup məhbusun əfvi məsələsinin ölkə başçısına çatdırılmasını xahiş etdilər” - VİDEO

Əli Həsənov: “Partiya sədrləri bir qrup məhbusun əfvi məsələsinin ölkə başçısına çatdırılmasını xahiş etdilər” - <span style="color: red;">VİDEO
# 15 may 2015 11:00 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu iqtidar-müxalifət görüşündən sonra Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov söyləyib.


Ə. Həsənov qaldırılan məsələlərin bəzisinə dərhal münasibət bildirildiyini, digərlərinə də münasibət bildiriləcəyini söyləyib: "Avropa Oyunları ilə bağlı məsələlərin müzakirəsində Azərbaycanın həqiqətlərinin, görülən işlərin dünya ictimaiyyətinə çatdırılması zəruri sayılıb. Avropa Oyunları Azərbaycanda lazımi infrastruktur qurmağa və gələcəkdə Olimpiya Oyunlarını keçirmək təcrübəsi qazanmağa imkan verir. Avropa Oyunlarından istifadə edərək Azərbaycanın reallıqlarını, xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini dünya ictimaiyyətinə çatdırmalıyıq. Hakimiyyət nümayəndəsi kimi görüşə görə partiyalara təşəkkür edirəm. Azərbaycan Prezidenti belə düşünür ki, hakimiyyət üçün onların fikirlərini dinləmək lazımdır. Azərbaycan xalqı birmənalı şəkildə prezidentin siyasətini dəstəkləyir. Ancaq siyasi partiyaların da bu siyasətə münasibət bildirmək imkanı olmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR