Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 20 Dekabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 20 Dekabr - <span style="color: red;">VİDEO
# 20 dekabr 2014 17:03 (UTC +04:00)

Bakı-APA. Cəmiyyətimizdə hələ də qadınların avtomobil idarə etməsini qəbul etməyən əks-cinsin nümayəndələri var. Araşdırmalar isə göstərir ki, qadınlar sükan arxasında kişilərdən daha diqqətlidirlər. Razıyam, sükan arxasında qadın və ya kişinin olmasından asılı olmayaraq, qəza heç vaxt "gəlirəm" demir. Belə xoşagəlməz hadisələr baş verdiyi zaman qadınların daha çox stress keçirməsi də mütəxəssislər tərəfindən təsdiqlənib. Və doğrudan da buna görə narahat olan kişiləri alqışlamaq lazımdır.

Günün bu kriminal xarakterli hadisəsi ilə bağlı saxlanılan şəxsin bəhanəsinə, bərabər yaşadığı xanımı gələcək təhlükələrdən sığortalamaq üçün onu soyan şəxsə gəlincə, bu, üzünü gizlədib danışan adam sadəcə oğrudur. Peşəkar oğruların peşəsi tutulduqdan sonra özünü xəstə, məzlum, qayğıya ehtiyacı olan biri kimi göstərməkdir. Bu şəxs isə peşəkarlığa bir balaca da "istedad" qatıb...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR