YUĞ Dövlət Teatrında “Şok” tamaşasına ictimai baxış keçiriləcək

YUĞ Dövlət Teatrında “Şok” tamaşasına ictimai baxış keçiriləcək
# 30 oktyabr 2015 07:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. YUĞ Dövlət Teatrında “Şok” tamaşasına ictimai baxış keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, türkiyəli dramaturq Turqay Narın “Zibillik” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Günay Səttardır.

Musiqi üzrə dizayn Amid Qasımov və Mələk Vəlizadəyə, səhnə dizaynı isə əməkdar incəsənət xadimi Rəşid Şerifə məxsusdur. Pyesi Azərbaycan dilinə dramaturq Mehman Musabəyli uyğunlaşdırıb.

Janrı eqosentrik transaksiya kimi təyin olunan tamaşada Oktay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımova iştirak edir. 26 illik fəaliyyəti ərzində YUĞ Teatrı ilk dəfədir ki, türk yazarı Turqay Narın yaradıcılığına müraciət edir.

Teatrdan bildiriblər ki, dramaturqun “Zibillik” pyesi əsasında hazırlanmış “Şok” tamaşasını Azərbaycan teatrı ilə Türkiyə dramaturgiyasının yaradıcı işbirliyində növbəti mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar.

“Şok” tamaşası YUĞ Dövlət Teatrının sayca 94-cü tamaşasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR