Bakıda keçiriləcək I Avropa Oyunları zamanı yeniliklərin daha biri məlum olub

Bakıda keçiriləcək I Avropa Oyunları zamanı yeniliklərin daha biri məlum olub
# 15 dekabr 2014 09:14 (UTC +04:00)

Bakı – APA. 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları zamanı yeniliklərin daha biri məlum olub. Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, iyunun 12-dən 28-dək baş tutacaq yarışlar zamanı T-All nəqliyyat sistemi yaradılacaq.

Oyunlar ərzində etibarlı və effektivliyi ilə seçiləcək bu sistem daxilindəki avtobuslardan mətbuat nümayəndələri, yayım şirkətlərinin üzvləri, işçi qüvvə, rəsmi qonaqlar və Avropa Oyunları ailəsinin üzvləri istifadə edə biləcəklər.

Avropa Oyunlarına aid bütün avtobus və maşınlar yarışın marşrut şəbəkəsi daxilində əvvəlcədən seçilmiş xüsusi yollarla hərəkət edəcəklər. Bu şəbəkəni əhatə edən 47 km-lik yolda rəsmi maşınların yarış məkanlarına və bəzi digər məkanlara maneəsiz hərəkəti təmin olunacaq.

Marşrut şəbəkəsinin xüsusi lövhələri, nəzarət kameraları olacaq və yollarda hərəkətin fasiləsizliyini yol polisi tərəfindən tənzimlənəcək. Bu yollardan piyadaların keçidinə icazə verilməyəcək.

Həmin marşrutlardan istifadə edəcək şəxslər belə təhlükəsizlik yoxlanışından gedəcəkləri məkanda təhlükəsizlik yoxlanışından keçəcəklər.

Qeyd edək ki, T-All sisteminə 50 oturacaqlı, kondisionerlə təchiz olunmuş müasir tipli avtobuslar daxildi. Bu sistem 29 may – 1 iyul tarixləri aralığında səhər saat 5:00-dan gecə saat 01:00-dək fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR