Fikrət Məmmədov Türkiyə Ali Hərbi Məhkəməsinin sədri ilə görüşüb

Fikrət Məmmədov Türkiyə Ali Hərbi Məhkəməsinin sədri ilə görüşüb
# 30 sentyabr 2014 15:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sentyabrın 30-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Türkiyənin Ali Hərbi Məhkəməsinin sədri Ahmet Zeki Liman ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən F. Məmmədov məhkəmə-hüquq islahatları, qanunvericilik və institusional tədbirlər, 20-dək yeni regional məhkəmələrin yaradıldığı, hərbi məhkəmə sisteminin təkmilləşdiyi, infrastrukturun müasirləşdiyi diqqətə çatdırılıb.

A. Zeki isə Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi üzrə tədbirlərdən məmnunluğunu ifadə edib, öz ölkəsində məhkəmə sistemi barədə məlumat verərək, islahatların aparıldığını bildirib, təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini söyləyib.

Tədbirdə qarşılıqlı fəaliyyətə dair faydalı fikir mübadiləsi aparılıb.

Görüşdə respublika Baş prokurorunun müavini - hərbi prokuror Xanlar Vəliyev, ədliyyə nazirinin müavini Azər Cəfərov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR