Bakıda İsrailin müstəqillik günü qeyd olunub - FOTO

Bakıda İsrailin müstəqillik günü qeyd olunub - <span style="color: red;">FOTO
# 23 aprel 2015 08:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakıda İsrai dövlətinin müstəqillik günü qeyd olunub.

APA-nın məlumatına görə, dövlət və hökumət xadimlərinin, millət vəkillərinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın və İsrailin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Tədbirin rəsmi açılış mərasimində çıxış edən İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ölkəsinin 1948-ci ildə müstəqillik əldə etdiyini xatırladıb.

Səfir bildirib ki, ötən müddət ərzində İsrail dünyanın bir çox ölkələri ilə güclü əlaqələr qurub və bu baxımdan Azərbaycan İsrail üçün vacib tərəfdaş ölkədir: “İki ölkə arasında siyasi və iqtisadi, təhsil, enerji, turizm, telekommunikasiya sahələrində əlaqələr dərinləşir. Ölkələrimiz arasında münasibət səmimi dostluq və qarşılıqlı hörmət əsasında qurulub. Əlaqələrimizin təməlində Azərbaycanda yaşayan çoxsaylı yəhudi icmasının mövcudluğu dayanır. Bununla Azərbaycan tolerantlıq üzrə nümunə olduğunu nümayiş etdirir”.

Daha sonra çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov İsrailin Azərbaycanın müstəqilliyin tanıyan ilk dövlətlərdən olduğunu qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin əvvəllərində qurulub və o vaxtdan əlaqələr artan xətlə inkişaf edir: “Mütəmadi görüşlər və razılaşmalar əməkdaşlıq üçün geniş zəmin yaradır. Bu dostluq bundan sonra da inkişaf edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR