Azərbaycanlı iş adamları Qazaxıstanda keçiriləcək I Asiya Biznes Sammitinə dəvət alıb

Azərbaycanlı iş adamları Qazaxıstanda keçiriləcək I Asiya Biznes Sammitinə dəvət alıb
# 19 sentyabr 2014 10:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu-APA-Economics. Qazaxıstanda I Asiya Biznes Sammiti keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, noyabrın 6-7-də Astana şəhərində “Böyük İpək Yolunun Dirçəlişi” adlı pərakəndə satış və istehlak mallarının distribüsiyası üzrə I Asiya Biznes Sammiti baş tutacaq.

Tədbirdə MDB ölkələri, Çin, Türkiyə və digər ölkələrdən 5 000 nəfərin iştirakı nəzərdə tutulur. Sammitdə pərakəndə satış şəbəkələri, istehsalçı, idxalçı, logistika və digər sahələri təmsil edən şirkətlərin rəhbərlərinin iştirakı planlaşdırılır.

Tədbirin təşkilatçıları olan Qazaxıstan Milli Sahibkarlar Palatası və “B2B Conference Group” şirkəti sahibkarları həmin tədbirdə fəal iştiraka dəvət edir. Azərbaycanlı iş adamları və sahibkarlar sammitdə iştirak etməyə dəvət edilir.

1-ci Asiya Biznes Sammitində iştirak etməkdə maraqlı olan şəxslər Azpromo-ya müraciət əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR