Dünya Bankının Rusiyada həyata keçirəcəyi yeni layihələr dayandırıla bilər

Dünya Bankının Rusiyada həyata keçirəcəyi yeni layihələr dayandırıla bilər
# 01 avqust 2014 10:40 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Dünya Bankının Rusiyada həyata keçirəcəyi yeni layihələr dayandırıla bilər.

APA-nın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, G7-yə daxil olan ölkələr Rusiyaya təzyiq məqsədilə Dünya Bankının bu ölkə üçün nəzərdə tutulan yeni layihələrin qarşısını almaq barədə razılığa gəlib.

Qərar qrupa üzv olan dövlətlərin maliyyə nazirləri arasında baş tutan telefon danışığında müzakirə olunub.

Qeyd edək ki, ABŞ və Kanada hökumətləri keçən həftə Dünya Bankının Rusiyadakı yeni layihələrinə etirazlarını ifadə etmişdilər.

Dünya Bankının rəsmi internet səhifəsində Rusiyada həyata keçiriləcək 9 layihə üçün 1.34 milyard dəyərində vəsait ayrıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR