“Kəpəz” və “Turan”a Azərbaycan Premyer Liqasında iştirakla bağlı lisenziya verilməyib

“Kəpəz” və “Turan”a Azərbaycan Premyer Liqasında iştirakla bağlı lisenziya verilməyib
# 30 aprel 2013 15:40 (UTC +04:00)

Bakı-APA. Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının (Birinci İnstansiya Orqanı) iclası keçirilib. APA-nın “Apasport”a istinadən yaydığı məlumata görə, iclasda UEFA və Premyer Liqa klub yarışlarında iştirak etmək üçün müraciət edən 16 klubun (8-i UEFA klub yarışlarında, 8-i isə Premyer Liqa klub yarlşlarında) sənədlərinə baxılıb.


İlkin olaraq məlumat verilib ki, lisenziyalaşdırma prosesində MOİK FK və “Tərəqqi” FK AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət edərək Lisenziyalaşdırma prosesindən rəsmi imtina edib. Bununla əlaqədar olaraq Lisenziyalaşdırma Komissiyasında MOİK FK-nın və “Tərəqqi” FK-nın lisenziya almaqla bağlı ilkin müraciəti müzakirə olunmayıb.

Lisenziyalaşdırma Komissiyası müzakirələrdən sonra AZAL PFK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Neftci" PFK, "Xəzər Lənkəran" FK, “Simurq” PFK-ya lisenziya verilməsi barədə qərar qəbul edib.

Bundan başqa Azərbaycan Premyer Liqa yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün "Rəvan" FK və "Sumqayıt" FK-ya lisenziya verilib.

“Kəpəz” PFK, “Turan” PFK, "Qaradağ Lökbatan" FK, "Ağsu" FK, “Neftçala” FK, “Lokomotiv” FK-nın 2013/14 Azərbaycan Futbol Premyer Liqasında iştirakla bağlı müraciətləri isə təmin olunmayıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR