Pentaqon: Əfqanıstanda “Taliban” hərəkatının liderlərindən biri məhv edilib

Pentaqon: Əfqanıstanda “Taliban” hərəkatının liderlərindən biri məhv edilib
# 13 iyul 2016 20:58 (UTC +04:00)

Bakı-APA. ABŞ Hərbi-Hava Qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində "Taliban" hərəkatının liderlərindən biri Ömər Xəlifə məhv edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.

Onun sözlərinə görə, hava zərbəsi Əfqanıstanın Nanqarxar əyalətində endirilib: “Ömər Xəlifə ilə birgə hərəkatın 4 üzvü də məhv edilib. Öldürülən şəxs Pakistanda bir sıra terror aktlarının təşkilatçısı olub. O, 2016-cı ildə Baça-Xan şəhərində universitetə, 2015-cı ildə Badaber şəhərində hərbi bazaya, 2014-cü ildə isə Peşəvər şəhərində məktəbə edilən hücumlara bilavasitə rəhbərlik edib”, deyə P.Kuk bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR