Səxavət Əlisoy Müsavatdan çıxarılıb, Əlövsət Talışxanlıya isə töhmət elan edilib - YENİLƏNİB

Səxavət Əlisoy Müsavatdan çıxarılıb, Əlövsət Talışxanlıya isə töhmət elan edilib - <span style="color: red;">YENİLƏNİB
# 17 noyabr 2014 13:36 (UTC +04:00)

Müsavat başqanının müavini Elman Fəttah APA-ya açıqlamasında deyib ki, partiya başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiya sıralarından xaric edilib.

Divan S. Əlisoyun partiyanın siyasi xəttinə zidd davrandığını əsas götürüb.

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlıya isə Divanın çağırışına məhəl qoymadığı üçün töhmət verilib.

Xatırladaq ki, noyabrın 11-də Müsavat Partiyasının Divanı partiya daxilindəki vəziyyətlə bağlı bəyanat qəbul edib. Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətə dair müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Divanın noyabrın 17-də keçiriləcək növbəti iclasına dəvət olunub. S. Əlisoy və Ə. Talışxanlı Divana getməyəcəklərini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR